The Daily Baku
Milli Məclis Azərbaycanın Somali və Uqanda ilə viza sazişlərini təsdiqləyəcək
26 dekabr 2025
19:56

Milli Məclis Azərbaycanın Somali və Uqanda arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında müvafiq sazişləri təsdiqləyəcək.
"The Daily Baku" xəbər verir ki, bu barədə müvafiq qanun layihələri parlamentin payız sessiyası üzrə dekabrın 30-da keçiriləcək sonuncu plenar iclasının gündəliyinə daxil edilib.
Qeyd edək ki, iclasın gündəliyində, ümumilikdə, 15 məsələnin müzakirəsi var.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/mm-azerbaycanin-somali-ve-uqanda-ile-vizadan-qarsiliqli-azad-edilmesi-sazislerini-tesdiqleyecek