The Daily Baku
Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
24 fevral 2026
11:12

Milli Məclisdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
"The Daily Baku"nun məlumatına görə, bütün şəhidlərə rəhmət diləyən parlamentin spikeri Sahibə Qafarova bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi və ordunun qələbəsi nəticəsində xalqımıza qarşı etnik təmizləmələrə son qoyulub.
S.Qafarova əlavə edib ki, Xocalı qurbanlarının da qisası döyüş meydanında alındı:
"Hazırda Xocalıda quruculuq işləri həyata keçirilir".
Spiker təklif edib ki, Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilsin.
Daha sonra parlamentdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/milli-meclisde-xocali-soyqirimi-qurbanlarinin-xatiresi-bir-deqiqelik-sukutla-yad-edilib