The Daily Baku
Milli Məclisdə uşaq hüquqlarının müdafiəsi ilə bağlı dinləmələr keçiriləcək
16 yanvar 2026
11:43

Milli Məclisdə uşaq hüquqlarının müdafiəsi və gender bərabərliyi mövzularına həsr edilən dinləmələr keçiriləcək.
"The Daily Baku" xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin 2026-cı ilin yaz sessiyası üçün iş planına daxil edilib.
Qeyd edilib ki, dinləmələrin məqsədi sözügedən istiqamətlərdə mövcud vəziyyətin qiymətləndirilməsidir
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/milli-meclisde-usaq-huquqlarinin-mudafiesi-ile-bagli-dinlemeler-kecirilecek