The Daily Baku
Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını ratifikasiya edəcək
28 yanvar 2026
10:43
Milli Məclis “İnformasiya və kommunikasiya texnologiyaları sistemlərindən istifadə etməklə törədilən müəyyən cinayətlərlə mübarizədə və ağır cinayətlərə aid olan sübutların elektron formada mübadiləsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi – Birləşmiş Millətlər Təşkilatının Kibercinayətkarlığa qarşı Konvensiyası”nı ratifikasiya edəcək.
Bu barədə qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin yanvarın 29-da keçiriləcək iclasının gündəliyinə daxil edilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/milli-meclis-bmt-nin-kibercinayetkarliga-qarsi-konvensiyasini-ratifikasiya-edecek