The Daily Baku
Milli Məclis Azərbaycan və Ekvador arasında vizasız gediş-gəlişlə bağlı sazişi təsdiqləyib
19 iyun 2026
13:24

Azərbaycanla Ekvador arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilib.
"The Daily Baku" xəbər verir ki, bununla bağlı Milli Məclisin növbədənkənar sessiyasının bugünkü iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Ekvador Respublikası Hökuməti arasında diplomatik, rəsmi və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsində vurğulanıb.
Sazişin layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/milli-meclis-azerbaycan-ve-ekvador-arasinda-vizasiz-gedis-gelisle-bagli-sazisi-tesdiqleyib