The Daily Baku
Mikayıl Cabbarov İsveçrədə "Coca-Cola" şirkətinin rəsmisi ilə görüşüb
22 yanvar 2026
21:12

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsveçrədə keçirilən Dünya İqtisadi Forumunun 2026-cı il toplantısı (World Economic Forum 2026 – WEF 2026) çərçivəsində "Coca-Cola" şirkətinin qlobal siyasət və dayanıqlılıq üzrə baş vitse-prezidenti Maykl Qoltsman ilə görüşüb.
"The Daily Baku" xəbər verir ki, bu barədə nazir M.Cabbarov sosial şəbəkəsindəki hesabında yazıb.
"Şirkətin Azərbaycanda həyata keçirdiyi layihələr, investisiya planları, davamlı inkişaf, səmərəli infrastrukturun formalaşması istiqamətində təşəbbüslər və rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması üzrə perspektivləri müzakirə etdik", - paylaşımda qeyd olunub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/mikayil-cabbarov-isvecrede-coca-cola-sirketinin-resmisi-ile-gorusub