SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Gündəm
  3. Metyu Brayza: Avropalılar Rusiyaya münasibətdə bu qədər sadəlövh olduqlarına görə utanırlar - EKSKLÜZİV
Gündəm

Metyu Brayza: Avropalılar Rusiyaya münasibətdə bu qədər sadəlövh olduqlarına görə utanırlar - EKSKLÜZİV

19 yanvar 2026
16:06
Metyu Brayza: Avropalılar Rusiyaya münasibətdə bu qədər sadəlövh olduqlarına görə utanırlar - EKSKLÜZİV

“The Daily Baku” redaksiyası keçmiş diplomat, keçmiş həmsədr, ABŞ-nin Azərbaycanda səfiri olmuş Metyu Brayzadan eksklüziv müsahibə alıb. Müsahibəni hissələrlə təqdim edirik. 

“Prezident Putinin Ukraynaya iki dəfə – yeri gəlmişkən, 2014-cü ildə və daha sonra 2022-ci ildə tammiqyaslı işğal – hücum etmək istəyi beynəlxalq münasibətləri üç əsas istiqamətdə yenidən formalaşdırıb. Birincisi, düşünürəm ki, avropalılar Rusiyaya münasibətdə bu qədər sadəlövh olduqlarına görə utanırlar. Əslində, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer 2022-ci ilin fevralında Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsindən sonra bunu açıq şəkildə etiraf etdi və dedi ki, biz Prezident Putinin Ukrayna ilə bağlı real ambisiyalarına daha diqqətlə yanaşmalı idik. Mən Putinin Gürcüstana hücum planları dövründə Almaniyanın xarici işlər naziri olduğu vaxt Ştaynmayerlə birbaşa işləmişəm və onun Rusiyaya münasibətdə çox, çox sadəlövh olduğunu deməsi ilə razıyam. Yəni Avropa ayılıb.
Bu gün onlar Ukraynanın ən güclü dəstəkçiləridir”. 

Metyu Brayza “könüllülər koalisiyası”-na da toxunub. “Bu çərçivədə Fransa və Böyük Britaniya, əgər nə vaxtsa sülh razılaşması əldə olunarsa, onu təmin etmək üçün Qərbi Ukraynaya öz əsgərlərini yerləşdirməyə hazırdırlar. Halbuki Prezident Putin müharibəni davam etdirmək istəyir. Beləliklə, baş verən əsas yeni dəyişikliklərdən biri odur ki, Avropa nəhayət Prezident Putinin real məqsədlərinin nə olduğunu anlayıb. Onun məqsədi Ukraynanı bir ölkə kimi məhv etmək, onu Rusiyanın tərkibinə qatmaq və əlbəttə ki, Kiyevdə rejimi dəyişməkdir.

Əgər Rusiya belə bir əməliyyatda uğur qazanarsa, bundan sonra nə baş verəcəyini heç kim bilmir. Niyə NATO-nun şərq cinahında – Estoniya, Latviya və Litvada – dayansın? Yəni Avropa artıq ayıqdır”.

Brayza hesab edir ki, ikinci böyük dəyişiklik Prezident Trampın dövründə Rusiyanın Ukraynaya qarşı müharibəsinin Trampı daha çox təcridi xarici siyasətə yönəltməsidir. “Bu siyasətə görə ABŞ əsas diqqətini Qərb yarımkürəsində təhlükəsizliyə yönəldir və orada yeganə dominant güc olmasını təmin etmək istəyir, kənar güclərin Qərb yarımkürəsində üstünlük qazanmasına imkan verməmək niyyətindədir.
Əsas məsələlərdən biri odur ki, Putinin Ukraynaya qarşı müharibəsi Trampı İkinci Dünya müharibəsinin sonuna yaxın keçirilmiş Yalta konfransındakı nəticəyə bənzər bir modelin mümkünlüyünə inandırıb. Həmin konfransda Uinston Çörçill, Franklin Delano Ruzvelt və İosif Stalin öz aralarında qərara gəlmişdilər ki, dünyada – ya da ən azı Avropada – dominant güclər məhz onların ölkələri olacaq və dünyanı öz aralarında bölüşdürmüşdülər.

Düşünürəm ki, bu gün Trampın baxışı da buna bənzəyir. O hesab edir ki, Rusiyanın Avropada dominant olması məntiqlidir, ABŞ-ın Avropadakı müttəfiqləri isə Putinlə sabit münasibət qurmağın bir yolunu tapmalıdırlar. Bu, Putinin gələcək hərbi avantüralarının qarşısını almağı da nəzərdə tutur”-deyə Brayza vurğulayıb. 

Brayzanın fikrincə Putinin Ukraynaya qarşı müharibəsinin gətirdiyi üçüncü böyük dəyişiklik elə Rusiyanın özündə baş verib.
“Rusiya dünyanın böyük bir hissəsində təcrid olunmuş, arzuolunmaz ölkə kimi qəbul edilir. Avropada-yəni ruslar faktiki olaraq Avropaya səyahət edə bilmirlər və ya bunu yalnız böyük xərc və ciddi çətinliklər bahasına edə bilirlər. Rusiya iqtisadiyyatı zəifləyir. İnflyasiya yüksəkdir. İqtisadi artım aşağıdır. Bu da ona görə aşağıdır ki, Rusiya Mərkəzi Bankı inflyasiyanı azaltmaq məqsədilə faiz dərəcələrini artırır.Putin Rusiyanın bütün iqtisadiyyatını sərvət yaradan məhsullar istehsal etmək üçün deyil, silah istehsal etmək üçün yenidən qurub. Bu isə Rusiya iqtisadiyyatına zərər vurur və onu zəiflədir. Rusiyada iqtisadi artım kəskin şəkildə aşağı düşüb.Beləliklə, Putin əslində Rusiyanın gənc nəslinin gələcəyini əlindən alıb. O, onların firavan gələcəyini oğurlayıb – elə bir gələcəyi ki, valideynləri kimi Avropaya səyahət edə, orada rahat yaşaya və istirahət edə bilməsinlər. Bu, Rusiya üçün artıq bitib”- deyə keçmiş diplomat The Daily Baku-ya bildirib.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/metyu-brayza-avropalilar-rusiyaya-munasibetde-bu-qeder-sadelovh-olduqlarina-gore-utanirlar-ekskluziv
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib