SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. Mətin Məmmədli: Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi anti-Azərbaycan qətnaməsi qərəzli yanaşmanın növbəti təzahürüdür
Siyasət

Mətin Məmmədli: Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi anti-Azərbaycan qətnaməsi qərəzli yanaşmanın növbəti təzahürüdür

1 may 2026
16:28
Mətin Məmmədli: Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi anti-Azərbaycan qətnaməsi qərəzli yanaşmanın növbəti təzahürüdür

Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi anti-Azərbaycan qətnaməsi ilk hal deyil və bu, əvvəlki illərdə də müşahidə olunan qərəzli yanaşmanın növbəti təzahürüdür.

Bunu “The Daily Baku”ya açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Mətin Məmmədli bildirib.

Onun sözlərinə görə, sənədlə tanış olduqda aydın görünür ki, qətnamə hər hansı faktlara və ya hüquqi məntiqə əsaslanmır və müəyyən siyasi dairələrin sifarişi ilə hazırlanmış təsiri bağışlayır:

“Bu, Avropa Parlamentinin Azərbaycana münasibətdə qəbul etdiyi növbəti qərəzli və ədalətsiz qətnamədir. Sənədin məzmunu göstərir ki, burada obyektiv yanaşmadan daha çox siyasi məqsədlər ön plana çıxarılıb”.

Ekspert qeyd edib ki, qətnamədə yer alan bir sıra iddialar faktoloji baxımdan əsassızdır. Xüsusilə Qarabağda fəaliyyət göstərmiş keçmiş qondarma rejimin nümayəndələri ilə bağlı səsləndirilən fikirlər hüquqi reallığı əks etdirmir: “Bu şəxslərin törətdiyi müharibə cinayətləri və insanlıq əleyhinə əməllər məhkəmə qaydasında araşdırılıb və sübuta yetirilib. Onlara qarşı hər hansı qeyri-insani münasibət qeydə alınmayıb. Buna baxmayaraq, onların ‘əsir’ kimi təqdim olunması ciddi hüquqi yanlışlıqdır”

Mətin Məmmədli vurğulayıb ki, 2023-cü ildə Qarabağda yaşamış erməni əhalinin bölgəni tərk etməsi ilə bağlı məsələlər də qətnamədə təhrif olunmuş formada təqdim edilir: “Azərbaycan tərəfi reinteqrasiya ilə bağlı konkret təkliflər irəli sürməsinə baxmayaraq, həmin şəxslər bu imkanlardan istifadə etməyərək bölgəni könüllü şəkildə tərk ediblər. Bu faktın fərqli şəkildə təqdim olunması və onların geri qayıdışı ilə bağlı iddiaların irəli sürülməsi reallıqdan uzaqdır”.

Ekspert əlavə edib ki, sənəddə mədəni irsin dağıdılması ilə bağlı səsləndirilən fikirlər də əsassızdır: “Bu gün işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. Həmin ərazilərdə sökülən tikililər işğal dövründə inşa olunmuş qanunsuz obyektlərdir və bu proses həm milli qanunvericiliyə, həm də beynəlxalq hüquq normalarına, o cümlədən Cenevrə konvensiyalarına uyğun şəkildə həyata keçirilir”.

Onun fikrincə, ümumilikdə qətnamədə yer alan ittihamların nə siyasi, nə də hüquqi əsası mövcuddur: “Bu sənədin mahiyyəti göstərir ki, o, obyektiv qiymətləndirmədən uzaqdır və Azərbaycan əleyhinə formalaşdırılmış yanaşmanın məhsuludur”.

Mətin Məmmədli bildirib ki, belə qətnamələrin qəbulu təkcə Azərbaycana deyil, həm də Avropa İttifaqınin öz maraqlarına ziddir: “Son dövrlərdə Azərbaycan–Avropa İttifaqı münasibətlərində müsbət dinamika müşahidə olunur. Xüsusilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq genişlənir və Azərbaycan Avropa üçün etibarlı tərəfdaş kimi qəbul edilir. Belə bir şəraitdə qəbul olunan bu tip qətnamələr münasibətlərə zərbə vurur”.

Ekspert vurğulayıb ki, bu cür qərarlar regionda davam edən sülh prosesinə də mənfi təsir göstərir: “Hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqları fonunda müəyyən irəliləyişlər müşahidə olunur. Belə bir həssas mərhələdə bu tip sənədlərin qəbul edilməsi sülhə xidmət etmir, əksinə, prosesi ləngidə bilər”.

Onun sözlərinə görə, qətnamənin qəbulunda müxtəlif maraq qruplarının təsiri istisna deyil: “Bu prosesdə erməni lobbi və diaspor təşkilatlarının rolu açıq görünür. Eyni zamanda, müəyyən xarici siyasi mərkəzlərin də bu kimi qərarların qəbuluna təsir göstərmək cəhdləri istisna deyil”.

Sonda Mətin Məmmədli qeyd edib ki, Azərbaycan bu cür təzyiq xarakterli yanaşmaları qəbul etmir: “Azərbaycanla təhdid və ya şantaj dili ilə danışmaq mümkün deyil. Əsassız qətnamələr ölkəmizin beynəlxalq hüquqa və ədalətə əsaslanan mövqeyinə heç bir təsir göstərə bilməz”.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/metin-memmedli-avropa-parlamentinin-azerbaycana-qarsi-qebul-etdiyi-anti-azerbaycan-qetnamesi-qerezli-yanasmanin-novbeti-tezahurudur
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib