The Daily Baku
Mərkəzi Asiya ölkələri və Azərbaycan ətraf mühitin qorunmasında birgə fəaliyyət üzrə bəyanat qəbul ediblər
23 aprel 2026
11:19

Mərkəzi Asiya ölkələri və Azərbaycan tərəfindən regionda iqlim dəyişiklikləri, ətraf mühit və insan sağlamlığının qorunması istiqamətində birgə fəaliyyətin genişləndirilməsi istiqamətində birgə bəyanat qəbul edilib.
Bəyanatın qəbulu Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilən Regional Ekoloji Sammitdə baş tutub.
Qeyd edək ki, sammitdə Azərbaycanın səhiyyə naziri Teymur Musayevlə bərabər, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Türkmənistanın səhiyyə nazirləri də iştirak ediblər.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/merkezi-asiya-olkeleri-ve-azerbaycan-etraf-muhitin-qorunmasinda-birge-fealiyyet-uzre-beyanat-qebul-edibler