Türkiyənin Kahramanmaraş şəhərindəki məktəblərin birinə silahlı hücum edən şagird özünü öldürüb.
"The Daily Baku" xəbər verir ki, bu barədə NTV məlumat yayıb.
Qeyd olunub ki, səkkizinci sinif şagirdi məktəbə 5 silah və 7 daraqla gəlib.
O ilkin məlumata görə 4 nəfərin həyatına son verib, 20-sini yaralayıb.
Hadisəni törədən şəxsin atası keçmiş polis əməkdaşı olub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/mektebde-facie-sagird-4-neferi-qetle-yetirib-intihar-etdi
