The Daily Baku
Meksikada neft emalı zavodunda baş verən yanğında beş nəfər ölüb
18 mart 2026
09:41

Meksikadakı Olmeca neft emalı zavodunda baş verən yanğın nəticəsində beş nəfər ölüb.
"The Daily Baku" xəbər verir ki, bu barədə Meksikanın dövlətə məxsus neft və qaz şirkəti Petróleos Mexicanos (Pemex) məlumat verib.
Şirkətin açıqlamasında deyilib ki, güclü yağışlar nəticəsində yağlı sular Olmeca neft emalı zavodunun xaricinə tökülüb, orada yığılıb və sonradan alovlanıb.
Ölənlər arasında şirkət işçilərindən biri də var, yaralılara isə lazımi tibbi yardım göstərilir. Şirkət qeyd edib ki, hazırda vəziyyət nəzarət altındadır, əhali və ya işçilər üçün heç bir təhlükə yoxdur.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/meksikada-neft-emali-zavodunda-bas-veren-yanginda-bes-nefer-olub