SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. Mehmet Gökhan Özçubukçu:Azərbaycan enerji diplomatiyası ilə qlobal sistemdə strateji rolunu gücləndirir
Siyasət

Mehmet Gökhan Özçubukçu:Azərbaycan enerji diplomatiyası ilə qlobal sistemdə strateji rolunu gücləndirir

18 mart 2026
11:27
Mehmet Gökhan Özçubukçu:Azərbaycan enerji diplomatiyası ilə qlobal sistemdə strateji rolunu gücləndirir

Son illərdə qlobal sistem getdikcə daha mürəkkəb, çoxqütblü və rəqabətin intensivləşdiyi bir struktura doğru dəyişir.

Bunu Türkiyənin Diplomatiya və Strateji Araşdırmalar Mərkəzinin (DASAM) sədri, beynəlxalq münasibətlər üzrə ekspert Mehmet Gökhan Özçubukçu “The Daily Baku "ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, xüsusilə Yaxın Şərqdə davam edən böhranlar, İran ətrafında artan geosiyasi gərginlik, böyük güclər arasındakı rəqabətin yenidən ön plana çıxması və enerji bazarlarındakı dalğalanmalar beynəlxalq sistemi ciddi transformasiya mərhələsinə gətirib çıxarıb. Ekspert qeyd edib ki, bu dəyişikliklər yalnız hərbi və siyasi balansı deyil, eyni zamanda iqtisadi münasibətləri, enerji təhlükəsizliyini, texnologiya sahəsində rəqabəti və qlobal idarəetmə mexanizmlərini də birbaşa təsir altına alır.

Özçubukçu vurğulayıb ki, belə mürəkkəb və çoxölçülü beynəlxalq mühitdə müxtəlif ölkələrdən siyasətçilərin, akademiklərin, analitik mərkəzlərin nümayəndələrinin və beynəlxalq təşkilatların bir araya gəldiyi beynəlxalq forumların rolu getdikcə artır. Bu baxımdan Bakıda keçirilən beynəlxalq forumlar həm regional, həm də qlobal miqyasda dialoq və əməkdaşlıq üçün mühüm platforma kimi diqqət çəkir.

Ekspert bildirib ki, bu cür forumların əsas funksiyalarından biri beynəlxalq sistemdə baş verən böhranların yalnız klassik diplomatik kanallar vasitəsilə deyil, eyni zamanda düşüncə platformaları və çoxşaxəli müzakirə mühitləri çərçivəsində də müzakirə olunmasına imkan yaratmasıdır. Onun sözlərinə görə, dövlətlərarası rəsmi diplomatiya bəzən siyasi gərginliklər, strateji rəqabət və ya qarşılıqlı etimadın zəifliyi səbəbindən məhdud təsir imkanına malik olur.

“Buna qarşılıq beynəlxalq forumlar daha çevik və inklüziv dialoq mühiti təqdim edir və müxtəlif baxışların daha açıq şəkildə ifadə olunmasına şərait yaradır. Bu baxımdan belə platformalar beynəlxalq münasibətlər nəzəriyyəsində geniş istifadə olunan ‘qeyri-rəsmi diplomatiya’, yəni track-two diplomacy üçün böyük əhəmiyyət daşıyır”, – deyə DASAM rəhbəri qeyd edib.

Onun sözlərinə görə, Bakıda keçirilən forumlar müxtəlif coğrafiyalardan siyasətçiləri, akademikləri və ekspertləri bir masa ətrafında toplayaraq qlobal problemlərin daha geniş perspektivdən qiymətləndirilməsinə töhfə verir.

"Bu cür platformaların əhəmiyyətini artıran digər amil təhlükəsizlik anlayışının son illərdə genişlənməsidir. Əgər əvvəllər təhlükəsizlik əsasən hərbi güc və geosiyasi rəqabət çərçivəsində dəyərləndirilirdisə, bu gün enerji təhlükəsizliyi, iqlim dəyişiklikləri, davamlı inkişaf, urbanizasiya siyasəti və texnoloji transformasiya kimi sahələr də təhlükəsizlik gündəliyinin ayrılmaz hissəsinə çevrilib.

Bu səbəbdən müxtəlif sahələrdən mütəxəssislərin iştirak etdiyi beynəlxalq forumlar çoxölçülü təhlükəsizlik məsələlərinin daha kompleks şəkildə müzakirəsinə imkan yaradır”, – deyə o bildirib.

Ekspert xüsusilə enerji təhlükəsizliyi mövzusunun son illərdə beynəlxalq siyasətin ən vacib gündəmlərindən birinə çevrildiyini vurğulayıb. Onun sözlərinə görə, enerji yalnız iqtisadi inkişafın əsas amillərindən biri deyil, həm də dövlətlərin xarici siyasət strategiyalarını və qlobal güc balansını formalaşdıran mühüm faktordur.

Özçubukçu qeyd edib ki, Rusiya–Ukrayna müharibəsindən sonra Avropanın enerji təhlükəsizliyi sahəsində üzləşdiyi problemlər qlobal enerji bazarında ciddi dəyişikliklərə səbəb olub. Uzun illər enerji ehtiyacının böyük hissəsini Rusiyadan təmin edən Avropa ölkələri indi enerji mənbələrinin şaxələndirilməsi və yeni tədarük marşrutlarının yaradılmasını əsas strateji prioritetlərdən biri kimi müəyyənləşdiriblər.

Ekspertin sözlərinə görə, məhz bu məqamda Azərbaycanın enerji sektorundakı rolu daha da ön plana çıxır. O qeyd edib ki, Azərbaycan Xəzər hövzəsinin ən mühüm enerji istehsalçılarından biri olmaqla yanaşı, həm regional, həm də qlobal enerji təhlükəsizliyi baxımından strateji mövqeyə malikdir.

“Azərbaycanın əhəmiyyəti təkcə zəngin enerji ehtiyatlarına malik olması ilə məhdudlaşmır. Əsas strateji üstünlük bu resursların beynəlxalq bazarlara çatdırılmasını təmin edən enerji dəhlizlərinin mərkəzində yerləşməsidir”, – deyə DASAM rəhbəri bildirib.

Onun sözlərinə görə, Azərbaycanın enerji diplomatiyasının əsas sütunlarından biri Cənub Qaz Dəhlizi layihəsidir. Bu dəhliz Xəzər qazını Avropa bazarına çatdıran çoxsəviyyəli infrastruktur sistemini əhatə edir.

Özçubukçu qeyd edib ki, bu sistemin əsas komponentləri olan TANAP və TAP layihələri Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəqlini təmin edir. Bu layihələr təkcə enerji mənbələrinin diversifikasiyasına töhfə verməklə kifayətlənməyib, eyni zamanda Avropa ilə Cənubi Qafqaz arasında yeni strateji enerji bağlantısı yaradıb.

“Bu səbəbdən Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi strategiyasında əsas ölkələrdən biri kimi qiymətləndirilir”, – deyə ekspert vurğulayıb.

Mehmet Gökhan Özçubukçu əlavə edib ki, Azərbaycanın enerji sahəsindəki rolu yalnız Avropa ilə məhdudlaşmır. Azərbaycan eyni zamanda Orta Asiya ilə Avropa arasında enerji və nəqliyyat əlaqələrinin qurulmasında mühüm körpü rolunu oynayır.

Onun sözlərinə görə, Xəzər keçidli enerji layihələri və Orta Dəhliz kimi tanınan nəqliyyat marşrutu Azərbaycanın geostrateji əhəmiyyətini daha da artırır. Çin, Orta Asiya, Cənubi Qafqaz və Türkiyə üzərindən Avropaya uzanan bu marşrut qlobal ticarət və enerji daşımaları üçün alternativ və strateji yol hesab olunur.

Ekspert bildirib ki, bu amillər Azərbaycanın yalnız enerji istehsalçısı deyil, eyni zamanda Avrasiyanın mühüm logistika və strateji bağlantı mərkəzlərindən birinə çevrilməsinə şərait yaradır.

Özçubukçu vurğulayıb ki, Bakıda keçirilən beynəlxalq forumlarda enerji təhlükəsizliyi məsələsinin gündəmə gətirilməsi bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, enerji təhlükəsizliyi təkcə istehsal və istehlak məsələsi deyil, eyni zamanda geosiyasi rəqabət, infrastruktur təhlükəsizliyi, investisiya siyasətləri və regional əməkdaşlıq mexanizmləri ilə sıx bağlıdır.

Ekspert əlavə edib ki, bu cür forumlar ölkələrin enerji siyasətlərini müzakirə etməsi, yeni əməkdaşlıq istiqamətləri formalaşdırması və enerji bazarında daha sabit və davamlı balans yaradılması üçün imkanlar yaradır.

Bununla yanaşı, DASAM rəhbəri bildirib ki, iqlim dəyişiklikləri və davamlı şəhərləşmə kimi mövzuların da beynəlxalq forumlarda müzakirəsi xüsusi əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, sürətli urbanizasiya, ekoloji risklər və təbii resursların davamlı istifadəsi artıq qlobal təhlükəsizliyin mühüm elementlərindən birinə çevrilib.

Ekspert qeyd edib ki, son illərdə beynəlxalq forumların gündəmində daha bir mühüm mövzu süni intellekt və yeni texnologiyaların qlobal təhlükəsizlik sisteminə təsiri ilə bağlıdır. Onun fikrincə, süni intellekt texnologiyaları müdafiə sistemlərindən kiber təhlükəsizliyə, iqtisadi rəqabətdən informasiya təhlükəsizliyinə qədər bir çox sahədə qlobal balansı dəyişdirə biləcək potensiala malikdir.

Bu səbəbdən beynəlxalq ictimaiyyətin bu texnologiyaların etik istifadəsi, təhlükəsizlik aspektləri və hüquqi çərçivəsi ilə bağlı ortaq prinsiplər müəyyən etməsi getdikcə daha vacib məsələyə çevrilir.

Mehmet Gökhan Özçubukçu sonda vurğulayıb ki, Bakının belə beynəlxalq forumlara ev sahibliyi etməsi Azərbaycanın qlobal sistemdə artan rolunun göstəricisidir.

Onun sözlərinə görə, Azərbaycan coğrafi baxımdan Avropa ilə Asiya arasında strateji mövqedə yerləşir və Cənubi Qafqazın əsas iqtisadi mərkəzlərindən biri kimi ön plana çıxır. Eyni zamanda ölkənin son illərdə həyata keçirdiyi çoxşaxəli xarici siyasət strategiyası Azərbaycanın həm Qərb ölkələri, həm də region dövlətləri ilə balanslı münasibətlər qurmasına imkan verib.

Ekspert qeyd edib ki, Azərbaycan artıq təkcə enerji istehsalçısı deyil, həm də regional diplomatiya, iqtisadi əməkdaşlıq və beynəlxalq dialoq üçün mühüm platformaya çevrilib.

“Bakıda keçirilən beynəlxalq forumlar Azərbaycanın qlobal diplomatik şəbəkədə görünürlüğünü artırır və müxtəlif regionlar arasında fikir mübadiləsi və əməkdaşlıq üçün mühüm platforma yaradır. Bu isə Azərbaycanın daha geniş Avrasiya məkanında sabitlik və əməkdaşlıq baxımından mühüm aktor kimi mövqeyini gücləndirir,” – deyə DASAM rəhbəri fikrini yekunlaşdırıb.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/mehmet-gokhan-ozcubukcuazerbaycan-enerji-diplomatiyasi-ile-qlobal-sistemde-strateji-rolunu-guclendirir
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib