The Daily Baku
Məhkəmə sədri: İranda etirazlar zamanı saxlanılanları edam gözləyir
14 yanvar 2026
12:59

İranın məhkəmə hakimiyyətinin başçısı Qolam Hüseyn Möhseni Eceyi ölkədəki etirazlar zamanı saxlanılanları sürətləndirilmiş məhkəmə prosesləri və edamların gözlədiyini bildirib.
"The Daily Baku"nun "Sky News"ə istinadən verdiyi məlumata görə, o, bu açıqlamaları 26 yaşlı etirazçı Erfan Soltaninin bu gün planlaşdırılan edamından əvvəl dövlət televiziyası tərəfindən yayımlanan videoda bildirib.
"Əgər biz nəsə etmək istəyiriksə, sürətli hərəkət etməliyik. Proses iki və ya üç ay uzanarsa, effekt fərqli olacaq. Hər şey sürətlə baş verməlidir", - o qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/mehkeme-sedri-iranda-etirazlar-zamani-saxlanilanlari-edam-gozleyir