The Daily Baku
Marko Rubio Sülh Şurası iştirakçılarının sayının genişləndiyini elan edib
22 yanvar 2026
15:22

ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Sülh Şurasının yaradılması təşəbbüsünə daha çox dünya lideri qoşulacaq.
"The Daily Baku" xəbər verir ki, o, bu barədə "Sülh Şurasının Nizamnaməsi"nin imzalanma mərasimində çıxışı zamanı bildirib.
"Bir çox liderlər artıq qoşulub, digərləri isə daxili prosedurları keçəcək və onlar da Sülh Şurasının bir hissəsi olacaqlar. Bu, uğurlu bir təşəbbüs olacaq və ona daha çox ölkə qoşulacaq", - M.Rubio qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/marko-rubio-sulh-surasi-istirakcilarinin-sayinin-genislendiyini-elan-edib