Fransa Prezidenti Emmanuel Makron internetdə söz azadlığının mənasız olduğunu bildirib.
''The Daily Baku''nun xəbər bu barədə News.ru-ya istinadən xəbər verir.
Qeyd olunur ki, Makronun partiyası uşaqların sosial mediadan istifadəsini qadağan etməyi və internetə giriş üçün pasport nəzarəti tətbiq etməyi planlaşdırır. Növbəti mərhələdə şəxsi həyatın izlənməsi də nəzərdə tutulur.
"Əgər sosial medianın insanı bir mənfi hadisədən digərinə necə yönləndirdiyini heç kim bilmirsə, demək ki, söz azadlığı cəfəngiyyatdır. Mən ictimai asayişi qorumaq istəyirəm", - Fransa lideri Yeni Dehlidə çıxışında qeyd edib.
Yanvar ayında Fransa Milli Assambleyası 15 yaşdan kiçik yeniyetmələrin sosial mediadan istifadəsini qadağan edən qanunu təsdiqləyib. Qanun 2026-cı il sentyabrın 1-dən qüvvəyə minəcək və məqsəd gənclərin mental sağlamlığını qorumaqdır.
Ekspertlər bildirirlər ki, Makron söz azadlığını cəfəngiyyat adlandıraraq internetə nəzarəti gücləndirmək istəyir.
Rusiya Elmlər Akademiyasının eksperti Sergey Fyodorov deyir ki, Makron sosial media və mesajlaşma tətbiqlərini izləmək, pasport nəzarəti ilə istifadəçiləri yoxlamaq niyyətindədir. Milli mesajlaşma tətbiqi olmadığından alternativ də yoxdur. Prezident parlamentdə zəif mövqedədir və hakimiyyətdə qalmaq üçün vətəndaşlara nəzarəti artırmağa çalışır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
