Fransa Prezidenti Emmanuel Makron Aralıq dənizində Rusiyadan gələn tankerin saxlanıldığını bildirib.
"The Daily Baku" xəbər verir ki, bu barədə Makron "X" sosial şəbəkəsində yazıb.
"Biz heç bir pozuntuya dözməyəcəyik. Bu gün səhər Fransa hərbi-dəniz donanması Rusiyadan gələn, beynəlxalq sanksiyaların tətbiq olunduğu və təxribatçı bayraqdan istifadə etməkdə şübhəli bilinən neft tankerinin göyərtəsinə qalxıb. Əməliyyat Aralıq dənizində bir sıra müttəfiqimizin dəstəyi ilə həyata keçirilib", - Fransa Prezidenti qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/makron-araliq-denizinde-rusiyadan-gelen-tanker-saxlanilib
