SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. Maduronun tutulması: ilkin dəyərləndirmə
Siyasət

Maduronun tutulması: ilkin dəyərləndirmə

3 yanvar 2026
16:12
Maduronun tutulması: ilkin dəyərləndirmə
ABŞ prezidenti Tramp 3 yanvar 2025-ci il tarixində öz sosial media hesabında Venesuela prezidenti Nikolas Maduro və onun xanımının ABŞ qüvvələri tərəfindən tutularaq ölkədən çıxarıldığını bildirmişdir. Ondan bir neçə saat əvvəl N. Maduro ABŞ qüvvələrinin ölkəyə hücum etdiyini bəyan edərək ölkədə hərbi vəziyyət elan etmiş və əhalini müqavimətə çağırmışdı.

Yanvarın 2-də paytaxt Karakasda və bir neçə əyalətdə güclü partlayışlar eşidilmiş, paytaxtda dövlət binalarına raket zərbələri endirilmişdir. ABŞ təyyarələri alçaqdan uçuşlar həyata keçirmiş, çoxsaylı helikopterlərin isə Karakas səmasında sərbəst şəkildə uçduğu görünmüşdür.

Baş verənlər Venesuela ordusunun və əks-kəşfiyyatının iflic vəziyyətinə salındığını və hava hücumundan müdafiə sisteminin tamamilə sıradan çıxarıldığını göstərir.

Maduronun tutulmasından sonra ölkədə idarəetmənin necə olacağı, ABŞ quru qoşunlarının ölkəyə daxil olub-olmayacağı aydın deyil. Qeyd edək ki, Venesuela konstitusiyasına əsasən, prezident səlahiyyətini icra edə bilmədikdə bu funksiya vitse-prezidentə keçir. Hazırkı vitse-prezident Delsi Rodrigezdir.

Xatırladaq ki, artıq bir neçə ay idi ABŞ Venesuelanı narkotik qaçaqmalçılığında ittiham edərək ona qarşı təzyiqlərini artırırdı.

Bir sıra müşahidəçilər ABŞ-ın əsas niyyətinin dünyada ən böyük neft ehtiyatlarına malik Venesuelanın neft sənayesinə nəzarət etmək olduğunu bildirirlər. Qeyd edək ki, 1998-ci ildə solçu Huqo Çavez hakimiyyətə gəldikdən sonra ABŞ neft şirkəti Exxon-u ölkədən çıxarmışdır. Bundan sonra sanksiyalarla üzləşən Venesuela ağır iqtisadi problemlərlə qarşılaşmışdır. 2013-cü ildə Çavez vəfat etdikdən sonra hakimiyyətə gələn Maduro sələfinin siyasətini davam etdirmişdir. Maduro Çinlə əməkdaşlığı genişləndirməyə çalışırdı.

İqtidarda olan dövlət başçısının xarici dövlət tərəfindən həbs edilməsi sonuncu dəfə 1940-cı ildə baş vermişdir. Həmin il Belçikanı işğal edən Almaniya qüvvələri Belçika kralı III Leopoldu tutaraq 1945-ci ilədək ev həbsində saxlamışlar. Maduro ilə baş verənlər dövlət başçılarının mütləq immunitetə malik olmasını nəzərdə tutan beynəlxalq hüququn daha da zəiflədiyini göstərir.

"The Daily Baku" redaksiyası

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/maduronun-tutulmasi-ilkin-deyerlendirme
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib