"LUKOIL" ABŞ şirkəti ilə xarici aktivlərin satışı haqqında saziş imzalayıb

Rusiyanın "LUKOIL" şirkəti ABŞ-nin "Carlyle" şirkəti ilə xarici aktivlərin satışına dair saziş imzalayıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri şirkətin bəyanatına istinadən məlumat yayıb.
"Razılaşma şirkət üçün eksklüziv deyil və tənzimləyicilərin razılıqları, o cümlədən ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) icazəsi də daxil olmaqla bir sıra şərtlərin yerinə yetirilməsindən asılıdır", - məlumatda deyilir.
Sövdələşmə Qazaxıstandakı aktivləri əhatə etmir.
Qeyd olunub ki, xarici aktivlərin digər potensial alıcıları ilə danışıqlar davam edir.
"Carlyle" 1987-ci ildə təsis edilmiş və mənzil-qərargahı Vaşinqtonda yerləşən ən böyük qlobal investisiya şirkətlərindən biridir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.