Fransa təmsilçisi PSJ-nin baş məşqçisi Luis Enrike klubla yeni müqavilə imzalamağa yaxındır.
"The Daily Baku" "RMC Sport" nəşrinə istinadən xəbər verir ki, tərəflər artıq bütün əsas şərtlər üzrə razılığa gəliblər.
Yeni müqavilənin müddətinin 2030-cu ilə qədər qüvvədə olması gözlənilir.
Mənbə bildirir ki, bu anlaşma ispan mütəxəssisi Avropanın ən çox qazanan məşqçilərindən birinə çevirəcək.
Qeyd edək ki, Luis Enrikenin rəhbərliyi altında PSJ 2025-ci ildə UEFA Çempionlar Liqası da daxil olmaqla ümumilikdə 10 titul əldə edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/luis-enrike-psj-ile-muqavileni-uzatmaga-yaxindir
