Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar çərçivəsində 18 şəxs və təşkilata qarşı məhdudiyyətlər tətbiq edib.
"The Daily Baku" xəbər verir ki, bu barədə Britaniya Maliyyə Nazirliyinin məlumatında deyilir.
Xüsusilə, "Alabuqa Start" proqramının bir sıra əməkdaşları məhdudiyyətlər siyahısına düşüb.
Eyni zamanda bir sıra şirkətlər və Rusiya, Belarus və Fransa vətəndaşları sanksiyalara məruz qalıb.
Bəyanatda bildirilib ki, sanksiyalara məruz qalan şəxslər və qurumlar "Ukraynada sabitliyin pozulmasına, xarici vətəndaşların cəlb edilməsində və PUA-ların istehsalında" iştirak edirlər. Sanksiyalara xarici aktivlərin dondurulması və Krallığa girişin qadağan edilməsi daxildir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/london-moskva-eleyhine-sanksiyalari-sertlesdirib
