The Daily Baku
Liviya nümayəndəsi Azərbaycanın dəstəyini alqışlayıb
18 may 2026
17:23

Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) təşkil etdiyi üçün Azərbaycana təşəkkür edib.
''The Daily Baku'' xəbər verir ki, o, bu barədə WUF13 çərçivəsində ilk dəfə təşkil olunmuş Liderlər Sammitində danışıb.
"Azərbaycana və Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramına (BMT-Habitat) təşəkkürümüzü bir daha ifadə edirik. Biz onun nəticələrini hamı üçün daha ədalətli, davamlı və firavan gələcəyə doğru praktiki bir addım kimi səbirsizliklə gözləyirik. Bununla da bilik və texnologiya transferinə, eləcə də təcrübə mübadiləsinə ən yüksək əhəmiyyətin verilməsini təmin edə bilərik", - deyə o qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/liviya-numayendesi-azerbaycanin-desteyini-alqislayib