The Daily Baku
"Liverpul" Premyer Liqa tarixində 60 fərqli stadionda qalib gələn ilk komanda olub
20 aprel 2026
10:46

İngiltərə Premyer Liqasının XXXIII turunda səfərdə "Everton"u 2:1 hesabı ilə məğlub edən "Liverpul" tarixi nailiyyətə imza atıb.
Mersisaydlılar turnir tarixində 60 fərqli stadionda qələbə qazanan ilk komanda olub.
"Hill Dikinson" stadionunda baş tutan Mersisayd derbisində qazanılan bu uğurdan sonra "Liverpul" xallarının sayını 55-ə çatdıraraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
47 xalı olan "Everton" onuncudur.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/liverpul-premyer-liqa-tarixinde-60-ferqli-stadionda-qalib-gelen-ilk-komanda-olub