Livanın "Hizbullah" qruplaşması ölkənin cənubunda İsrail Müdafiə Ordusunun (IDF) qüvvələrinə zərbə endirib.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Al-Jazeera" Livan Milli İnformasiya Agentliyinə (NNA) istinadən məlumat verib.
"Hizbullah" Livanın cənubunda İsrail Müdafiə Ordusunun hərbi texnika qrupuna və hərbçilərinə raket zərbəsi endirib.
Daha əvvəl "Hizbullah" öz döyüşçülərinin bazar günü Livan ərazisində İsrail qüvvələrinə qarşı bir neçə zərbə endirdiyi barədə məlumat yaymışdı.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/livanda-israil-quvveleri-raket-zerbesine-meruz-qaldi
