The Daily Baku
Leyla Əliyeva Maskatda Omanın Turizmin İnkişafı Şirkətinin həyata keçirdiyi layihələrlə tanış olub
6 yanvar 2026
15:04

Leyla Əliyeva Maskat şəhərində Omanın Turizmin İnkişafı Şirkətində ("OMRAN" - "Oman Tourism Development Company") bu qurum tərəfindən həyata keçirilən layihələrlə tanış olub.
"The Daily Baku" xəbər verir ki, 2005-ci ildə yaradılmış bu şirkət Sultanlığın əsas turizm inkişaf şirkətlərindən biridir və ölkənin turizm imkanlarını dünya səviyyəsində tanıtmaq, onun iqtisadiyyatını şaxələndirmək məqsədi daşıyır.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/leyla-eliyeva-maskatda-omanin-turizmin-inkisafi-sirketinin-heyata-kecirdiyi-layihelerle-tanis-olub