SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. Lev Spivak: Xocalının beynəlxalq səviyyədə tanınması uzun və çətin yoldur, amma bu yaddaşı yaşatmaq borcumuzdur
Siyasət

Lev Spivak: Xocalının beynəlxalq səviyyədə tanınması uzun və çətin yoldur, amma bu yaddaşı yaşatmaq borcumuzdur

26 fevral 2026
17:43
Lev Spivak: Xocalının beynəlxalq səviyyədə tanınması uzun və çətin yoldur, amma bu yaddaşı yaşatmaq borcumuzdur

Xocalı soyqırımı beynəlxalq hüquqi-siyasi müstəvidə tanınması bu gün də ciddi çətinliklərlə üz-üzədir. Bu barədə “The Daily Baku”ya açıqlamasında israilli politoloq, İsrail–Azərbaycan Beynəlxalq Assosiasiyasının (Azİz) III prezidenti Lev Spivak bildirib.

Onun sözlərinə görə, Azərbaycan–Ermənistan münaqişəsi çərçivəsində baş verən hadisələr beynəlxalq mediada və siyasi dairələrdə hələ də ziddiyyətli şəkildə təqdim olunur və xüsusilə Avropada ikili standartlar qalmaqdadır.

“Xocalı soyqırımının aparıcı beynəlxalq təşkilatlar səviyyəsində tanınması çox mürəkkəb prosesdir. Bu müqaviməti aşmaq üçün bəlkə də illər, hətta onilliklər lazım olacaq,” – deyə Lev Spivak qeyd edib.

Bununla belə, politoloq vurğulayıb ki, bu çətinliklər səssiz qalmaq üçün əsas ola bilməz.

“Bizim əsas vəzifəmiz bu ağrının unudulmasına imkan verməməkdir. Çünki yalnız yaddaş gələcəkdə belə faciələrin təkrarlanmamasının təminatına çevrilə bilər,” – deyə o bildirib.
Lev Spivak qeyd edib ki, İsraildə hər il Xocalı qurbanlarının xatirəsinə həsr olunmuş anım tədbirləri keçirilir. Bu tədbirlər müxtəlif şəhərlərdə, fərqli formatlarda təşkil olunur ki, təkcə Azərbaycan icması deyil, Xocalı haqqında əvvəllər heç nə bilməyən israillilər də bu həqiqətlə tanış olsunlar.

“Bu tədbirlərdə nazirlər, Knesset deputatları, Azərbaycan və İsrail siyasətçiləri, Milli Məclisin deputatları, şəhər merləri və onların müavinləri iştirak edirlər,” – deyə o əlavə edib.
Onun sözlərinə görə, anım proqramları yalnız rəsmi mərasimlərlə məhdudlaşmır.

“Biz elmi konfranslar, foto­sərgilər, Azərbaycan klassik musiqisinin səsləndirildiyi xeyriyyə konsertləri təşkil edirik. Bu tədbirlərdə sənədli filmlər nümayiş etdirilir və Xocalı həqiqətləri israilli auditoriyaya çatdırılır,” – deyə Lev Spivak bildirib.

Politoloq xüsusilə “Xocalı 613” xatirə meşəsini ayrıca vurğulayıb. Onun sözlərinə görə, İsrailin Prezident meşəsində salınmış bu yaşıllıq zolağı Xocalıda qətlə yetirilmiş 613 dinc sakinin hər birinin xatirəsinə həsr olunub və canlı abidə kimi böyük simvolik məna daşıyır.

“Bu meşə İsrailin ilk prezidenti Xaim Veytsmanın adını daşıyan ərazidə salınıb və bizim ortaq yaddaşımızın mühüm rəmzinə çevrilib,” – deyə o qeyd edib.

Lev Spivak bildirib ki, bu günlərdə İsrail Milli Kitabxanasında Xocalı faciəsinə həsr olunmuş daha bir tədbir keçirilib. Tədbirin təşəbbüskarı Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Egana Salman olub.

“Proqram çərçivəsində kitabxanaya Xocalı faciəsini ətraflı işıqlandıran ədəbiyyatlar təqdim edilib və tədbirdə ölkənin müxtəlif şəhərlərindən gəlmiş insanlar iştirak ediblər,” – deyə politoloq vurğulayıb.

Onun sözlərinə görə, israillilər tez-tez belə sual verirlər: “Niyə bu barədə danışmaqda israrlısınız?”

“Biz cavab veririk: ətrafınıza baxın. Bu cür faciələr bu gün də dünyanın müxtəlif yerlərində baş verir. Ola bilsin, qonşu binada Xocalını sadəcə tarix deyil, şəxsi faciə kimi yaşayan bir insan yaşayır,” – deyə Lev Spivak bildirib.

Politoloq fotossərgilərdə tez-tez nümayiş etdirilən məşhur bir şəkli də xatırladıb.

“O fotoda şok içində əllərini irəli uzatmış gənc bir döyüşçü var. O insan bu gün İsraildə, Netanya şəhərində yaşayır. Tədbirlərimizə gəlir və deyir: ‘Mən buradayam, İsrail vətəndaşıyam və bu mənim ağrımdır’. İnsanlar canlı şahidləri görəndə Xocalıya münasibət kökündən dəyişir,” – deyə o qeyd edib.

Lev Spivak sonda vurğulayıb ki, Xocalı həqiqətlərinin dünyaya çatdırılması istiqamətində bu cür təşəbbüslər qlobal miqyasda davam etdirilməlidir.
“Bu yalnız Azərbaycanın deyil, bütün bəşəriyyətin yaddaşı üçün vacibdir,” – deyə o fikrini tamamlayıb.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/lev-spivak-xocalinin-beynelxalq-seviyyede-taninmasi-uzun-ve-cetin-yoldur-amma-bu-yaddasi-yasatmaq-borcumuzdur
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib