The Daily Baku
Lerikdə I Qarabağ müharibəsinin itkin-şəhidi Nail Dənziyevlə vida mərasimi keçirilib
19 fevral 2026
14:03

Lerikdə Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Nail Dənziyevlə vida mərasimi keçirilib.
Vida mərasimində şəhidin doğmaları, Lerik rayonunun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, Nail Fahil oğlu Dənziyev 1974-cü il mayın 29-da Lerikin Mastail kəndində anadan olub. 1992-ci il sentyabrın 29-da Ağdərə rayonunun Sırxavənd kəndi istiqamətində gedən döyüşlər zamanı itkin düşüb.
N.Dənziyev doğulduğu kənddə dəfn ediləcək.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/lerikde-i-qarabag-muharibesinin-itkin-sehidi-nail-denziyevle-vida-merasimi-kecirilib