İranın Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin ölüm xəbəri rəsmi təsdiqləndi. Bu barədə Laricaninin rəsmi X hesabında məlumat yayılıb.

Əli Laricani 17 mart 2026-cı ildə İsrail ordusunun zərbəsi nəticəsində ölüb. Laricaninin ölümü İran üçün ciddi çətinliklər yaradacaq. Uzun müddətdir ölkə rəhbərliyində təmsil olunan, ölkənin siyasi dairələri, təhlükəsizlik qüvvələri, ordusu və biznes dairələri arasında manevr etməyi bacaran Laricani İranın hazırkı hərbi fəaliyyətinin idarə edilməsində həlledici şəxs idi.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/laricaninin-olum-xeberi-resmi-tesdiqlendi
