The Daily Baku
Kreml ABŞ-lə Venesuela nefti ilə bağlı sövdələşməyə aydınlıq gətirilməsini istəyir
11 fevral 2026
14:01

Rusiya Venesuela nefti ilə bağlı sövdələşmələrdə iştirakın qadağan edilməsi ilə bağlı vəziyyətə aydınlıq gətirilməsi üçün ABŞ ilə mövcud əlaqə kanallarından istifadə edəcək.
The Daily Baku Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkə Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
"Bu, yeni qərardır. Vəziyyəti aydınlaşdırmaq üçün amerikalılarla mövcud əlaqə kanallarından istifadə edəcəyik. Bizim Venesuelada investisiyalarımız, uzunmüddətli layihələrimiz var, Venesueladan olan tərəfdaşlar və biz əməkdaşlıqda maraqlıyıq. Bütün bunlar amerikalılarla bu vəziyyəti müzakirə etməyə əsas verir", - o qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/kreml-abs-le-venesuela-nefti-ile-bagli-sovdelesmeye-aydinliq-getirilmesini-isteyir