Rusiyanın Kiyevə (Ukrayna) hücumu nəticəsində 5 nəfər həlak olub, təxminən 40 nəfər yaralanıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski sosial şəbəkələrdə məlumat verib.
Onun sözlərinə görə, Kiyev vilayətində 7 nəfər xəsarət alıb. Xarkovda zərərçəkənlərin sayı 28 nəfərə çatıb, Odessa vilayətində isə iki nəfər yaralanıb.
Zelenski qeyd edib ki, ümumilikdə ölkədə 180 obyekt zədələnib, onlardan 50-dən çoxu yaşayış evləridir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/kiyevde-tehlukesizlik-veziyyeti-hucumlardan-sonra-gerginlesib
