Ukrayna Prezidenti Volodimir Zelenski İstanbulda həmkarı Rəcəb Tayyib Ərdoğanla ikitərəfli münasibətləri, Avropa və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib.
"The Daily Baku" xəbər verir ki, bu barədə Zelenski "X" sosial şəbəkəsində yazıb.
"Təhlükəsizlik sahəsində əməkdaşlıqda yeni addımlar barədə razılığa gəldik. Bu, ilk növbədə Türkiyəni dəstəkləyə biləcəyimiz məsələlərə: ekspertiza, texnologiyalar, təcrübəyə aiddir. Birlikdə işləmək üçün prinsipial siyasi hazırlıq var və komandalarımız yaxın günlərdə detalları yekunlaşdıracaq", - Zelenski qeyd edib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/kiyev-ve-ankara-arasinda-tehlukesizlik-sahesinde-yeni-merhele
