The Daily Baku
KİV: Yaxın günlərdə ABŞ-İran danışıqlarının ikinci raundu olacaq
13 aprel 2026
09:22

Həm İran, həm də ABŞ tərəfinin sərt bəyanatlarına baxmayaraq, diplomatiya qapıları açıq qalır.
Bu barədə "The Wall Street Journal" məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Qəzet həmçinin qeyd edib ki, region ölkələri gərginliyi cilovlamaq və gərginliyin daha da artmasının qarşısını almaq məqsədilə ABŞ və İranı yenidən danışıqlar masasına qaytarmağa çalışır.
Bununla əlaqədar olaraq, Pakistanın "Arab News" nəşrinin jurnalisti diplomatik mənbələrə istinadən iddia edib ki, növbəti mərhələ üçün hazırlıq gedir və ABŞ-İran danışıqlarının yaxın günlərdə Pakistanın yardımı ilə ya İslamabadda, ya da Avropanın hər hansı başqa bir yerində bərpa olunacağı ehtimal edilir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/kiv-yaxin-gunlerde-abs-iran-danisiqlarinin-ikinci-raundu-olacaq