The Daily Baku
KİV: Rusiya PUA-sı Moldovaya daxil olub, Rumıniya istiqamətində hərəkət edir
26 dekabr 2025
18:51

Rusiya pilotsuz uçuş aparatı Moldova səmasına daxil olub, Rumıniya istiqamətində hərəkət edir.
"The Daily Baku" xəbər verir ki, bu barədə “Unian“ hava məkanın monitorinqi kanallarının məlumatına istinadən məlumat yayıb.
Məlumata görə, insident Rusiya ordusunun Ukraynaya qarşı növbəti hava hücumu fonunda qeydə alınıb. Hələlik bu məsələ ilə bağlı Moldova və Rumıniya rəsmilərindən rəsmi açıqlama verilməyib.
Qeyd olunur ki, bu, ilk belə hal deyil. Daha əvvəl də Rusiya tərəfindən Ukraynaya edilən hava hücumları zamanı PUA-lar həm Moldovanın, həm də Rumıniyanın hava məkanına daxil olub.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/kiv-rusiya-pua-si-moldovaya-daxil-olub-ruminiya-istiqametinde-hereket-edir