The Daily Baku
KİV: Danimarka ordusu müdaxilə halında dərhal atəş açmağa borcludur
9 yanvar 2026
10:06

Danimarka hərbçiləri ölkə ərazisinə müdaxilə halında xəbərdarlıq etmədən və komandanlığın əlavə əmri olmadan atəş açmağa borcludurlar.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Berlingske" qəzeti 1952-ci il tarixli bir əmrə istinadən məlumat yayıb.
Qəzet əmrdən bir hissəni sitat gətirib: "Gözləmədən və ya məruzə etmədən döyüşə daxil olmaq".
Ölkənin Müdafiə Nazirliyi qəzetə təsdiqləyib ki, əmr qüvvədə qalacaq, yəni Amerika qüvvələrinin hücumuna məruz qalacağı təqdirdə Qrenlandiyadakı Danimarka Silahlı Qüvvələrinin əsgərləri atəş açmalı olacaqlar.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/kiv-danimarka-ordusu-mudaxile-halinda-derhal-ates-acmaga-borcludur