The Daily Baku
KİV: ABŞ-ın İrana qarşı hərbi müdaxiləsi yaxın 24 saatda başlaya bilər
14 yanvar 2026
22:04

ABŞ-ın İrana qarşı hərbi əməliyyata başlaması ehtimalı yüksək qiymətləndirilir və bu, yaxın 24 saat ərzində baş verə bilər.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin həmsöhbəti olan israilli rəsminin sözlərinə görə, ABŞ Prezidenti Donald Trump artıq əməliyyatın keçirilməsi ilə bağlı prinsipial qərar verib.
Bununla belə, mümkün hərbi müdaxilənin dəqiq vaxtı və miqyası hələlik aydın deyil.
Mənbələr qeyd edir ki, Qərb paytaxtlarında aparılan müzakirələr Vaşinqtonun İrana qarşı güc variantına ciddi şəkildə hazırlaşdığını və bölgədə gərginliyin kəskin artdığını göstərir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/kiv-abs-in-irana-qarsi-herbi-mudaxilesi-yaxin-24-saatda-baslaya-biler