Çexiyanın sənaye və ticarət naziri Karel Havliçek ilin sonunadək biznes missiyası ilə yenidən Azərbaycana səfər etməyi planlaşdırır.
"The Daily Baku" xəbər verir ki, bu barədə nazir sosial şəbəkələrdə məlumat verib.
"İlin sonunadək mən sahibkarlar qrupu ilə yenidən Azərbaycana səfər edəcəyəm və razılaşdığımız məsələlərdən (27 apreldə Çexiyanın Baş naziri Andrey Babişin Azərbaycana səfəri zamanı - red.) artıq burada konkret nəticələr çıxaracağıq", - Havliçek deyib və bildirib ki, səfər ola bilsin yayın sonuna yaxın və ya payızın əvvəlində baş tutacaq.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/karel-havlicekin-azerbaycana-tekrar-seferi-planlasdirilir
