The Daily Baku
Kanada Baş naziri Hindistan, Avstraliya və Yaponiyaya səfər edəcək
23 fevral 2026
17:10

Kanada Baş naziri Mark Karni fevralın 26-sından martın 7-nədək Hindistan, Avstraliya və Yaponiyada səfərdə olacaq.
"The Daily Baku" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə Kanada hökuməti məlumat yayıb.
Həmin üç ölkəyə səfəri çərçivəsində Karni Hindistanın Baş naziri Narendra Modi, Avstraliyanın Baş naziri Entoni Albaniz və Yaponiyanın Baş naziri Sanae Takaiçi ilə görüşəcək.
Hökumətdən bildirilib ki, bu səfərlərin məqsədi energetika, texnologiyalar, süni intellekt və kritik əhəmiyyətli faydalı qazıntılar və s. kimi sahələrdə tərəfdaşlığın genişləndirilməsidir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/kanada-bas-naziri-hindistan-avstraliya-ve-yaponiyaya-sefer-edecek