The Daily Baku
Joze Mourinyo norveçli futbolçunun İspaniya klubuna keçməsinə mane olub
4 fevral 2026
13:35

Portuqaliyanın "Benfika" komandasının baş məşqçisi Joze Mourinyo futbolçusu Andreas Şelderupun İspaniya təmsilçisi "Malyorka"ya transferini əngəlləyib.
"The Daily Baku" xəbər verir ki, bu barədə "Marca" nəşri məlumat yayıb.
21 yaşlı cinah oyunçusu La Liqa təmsilçisi üçün prioritet hədəf olub. "Malyorka" "Benfika" rəhbərliyi və norveçli oyunçu ilə razılıq da əldə edib.
Joze Mourinyo isə UEFA Çempionlar Liqasının əsas mərhələsində "Real"a qalib gəldikləri matçda (4:2) dubl edən futbolçunun komandadan ayrılmasına razı olmayıb. Bu səbəbdən transfer alınmayıb.
Qeyd edək ki, Andreas Şelderupun klubu ilə 2028-ci yayınadək müqaviləsi var.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/joze-mourinyo-norvecli-futbolcunun-ispaniya-klubuna-kecmesine-mane-olub