The Daily Baku
İtaliya Rusiya nümayəndə heyətini Cenevrəyə aparan təyyarənin keçidinə icazə verib
17 fevral 2026
09:09

İtaliya Ukrayna ilə bağlı danışıqlar üçün Cenevrəyə gedən Rusiya nümayəndə heyətinin olduğu təyyarənin ölkənin hava məkanından keçidinə icazə verib.
"The Daily Baku" xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb.
Uçuş monitorinq kanallarının məlumatına görə, Rusiya prezidentinin köməkçisi Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyətinin təyyarəsi İtaliya hava məkanına daxil olub. Moskvadan Cenevrəyə ümumi uçuş müddəti təxminən doqquz saat olacaq.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/italiya-rusiya-numayende-heyetini-cenevreye-aparan-teyyarenin-kecidine-icaze-verib