İstanbulun qərbində polis avtobusunun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 30 nəfər yaralanıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə Türkiyə KİV-i İstanbul vilayəti merinin ofisinə istinadən məlumat yayıb.
"Polisləri daşıyan avtobus Başakşehir rayonunda Şimali Marmara magistral yolunda maneəyə çırpılıb. Qəza nəticəsində 30 nəfər xəsarət alıb, onlardan dördünün vəziyyəti ağırdır", - məlumatda deyilir.
Yaralılar xəstəxanaya yerləşdiriliblər.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/istanbulda-polis-avtobusu-qezaya-dusub-30-nefer-xesaret-alib
