SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. İsrailli politoloq : ABŞ–İran qarşıdurması artıq qaçılmaz hərbi ssenariyə doğru gedir 
Siyasət

İsrailli politoloq : ABŞ–İran qarşıdurması artıq qaçılmaz hərbi ssenariyə doğru gedir 

30 yanvar 2026
14:48
İsrailli politoloq : ABŞ–İran qarşıdurması artıq qaçılmaz hərbi ssenariyə doğru gedir 

ABŞ, İran və İsrail arasında artan gərginlik artıq sadəcə diplomatik ritorika deyil, real hərbi toqquşma ehtimalını gündəmə gətirən strateji mərhələyə çevrilib.

İsrailli politoloq Mixail Finkel bu barədə The Daily Bakuya açıqlamasında bildirib.

Onun sözlərinə görə, regionda baş verən son hərbi hazırlıq prosesləri müharibə ssenarisinin ciddi şəkildə nəzərdən keçirildiyini göstərir.

"ABŞ-ın Yaxın Şərqə böyük həcmdə hərbi qüvvə – aviadaşıyıcılar, F-35, F-15 və F-16 tipli döyüş təyyarələri göndərməsi təsadüfi addım deyil. 
Bu qədər genişmiqyaslı hərbi kontingentin bölgəyə yerləşdirilməsi çox böyük maliyyə tələb edir. Donald Tramp biznes düşüncəsinə malik siyasətçidir və belə xərclər səbəbsiz edilmir. Bütün bunlar İran rəhbərliyinə qarşı həlledici zərbə endirmək və rejim dəyişikliyinə nail olmaq niyyətinin göstəricisidir”, – deyə politoloq vurğulayıb.

Mixail Finkel qeyd edib ki, Qərb ölkələrinin İranın İnqilab Keşikçiləri Korpusuna (SEPAH) münasibətdə sərtləşən mövqeyi də bu prosesin tərkib hissəsi kimi qiymətləndirilə bilər: “Avropa İttifaqının SEPAH-ı terror təşkilatı kimi tanıması və Böyük Britaniyanın da analoji addım üzərində işləməsi göstərir ki, beynəlxalq mühit getdikcə daha sərt xəttə keçir. Bu, mümkün hərbi əməliyyatların siyasi əsaslarını gücləndirən amillərdən biridir”.

Politoloq xatırladıb ki, ABŞ tərəfindən İrana təqdim edilən tələblər  yüksək səviyyəli uranın zənginləşdirilməsindən imtina, zədələnmiş nüvə obyektlərinin bərpasının dayandırılması, ballistik raket proqramının ləğvi və daxili repressiyalara son qoyulması Tehran tərəfindən qəbul edilməyib.

“Belə vəziyyətdə alternativ ssenari kimi müharibə gündəmə gəlir. Əgər hərbi əməliyyatlar başlasa, İran yalnız ABŞ bazalarını hədəfə almaqla kifayətlənməyəcək. Hörmüz boğazını bağlamağa cəhd göstərə, İsrailə hücum edə və bütün Yaxın Şərqdə maksimum xaos yaratmağa çalışa bilər”, – deyə o bildirib.

Finkelin fikrincə, İranın əsas zərbə istiqamətlərindən biri məhz İsrail olacaq: “İran rəhbərliyinin ideoloji xəttində İsrailə qarşı düşmənçilik xüsusi yer tutur. Buna görə də hücumların böyük hissəsinin İsrailə yönələcəyi ehtimalı yüksəkdir. Lakin İsrail belə ssenariyə hazırdır”.

Politoloq qeyd edib ki, İsrail çoxqatlı hava hücumundan müdafiə sistemi, o cümlədən lazer texnologiyalarına əsaslanan yeni nəsil vasitələrə malikdir və müttəfiqləri ilə koordinasiyalı şəkildə müdafiə imkanlarını gücləndirib: “ABŞ, Böyük Britaniya, Fransa və bəzi ərəb ölkələri mümkün raket və dron hücumlarının qarşısının alınmasında İsrailə dəstək verə bilər. Bundan əlavə, İsrail Hərbi Hava Qüvvələrinin modernləşdirilmiş, yerli elektronika ilə təchiz edilmiş təxminən 150 döyüş təyyarəsi tam döyüş hazırlığı vəziyyətindədir”.

Mixail Finkel hesab edir ki, mümkün müharibənin əsas məqsədi İranın siyasi sisteminin dəyişməsi ola bilər: “Strategiya ondan ibarətdir ki, İran daha proqnozlaşdırılan və beynəlxalq əməkdaşlığa açıq dövlətə çevrilsin. Belə bir transformasiya baş verərsə, ölkənin enerji resursları, xüsusilə qaz ehtiyatları Avropa bazarına çıxarıla bilər və vaxtilə planlaşdırılmış ‘Nabucco’ kimi layihələrin bərpası yenidən gündəmə gələ bilər”.

Politoloq əlavə edib ki, beynəlxalq ictimaiyyət uzun illərdir İranın nüvə proqramı və regional siyasəti ilə bağlı risklərdən narahatdır: “Dünya artıq davamlı təhlükə hissi ilə yaşamaq istəmir. Yaxın illərdə bir sıra avtoritar rejimlərin zəifləməsi fonunda İranın da dəyişə biləcəyi ehtimalı müzakirə olunur. Bu baxımdan qarşıdakı dövr həlledici ola bilər”.

Sonda Mixail Finkel bildirib ki, regionda hadisələrin inkişafı sürətlənir və hərbi ssenarinin yaxın perspektivdə reallaşma ehtimalı istisna edilmir: “Proseslərin dinamikası göstərir ki, qarşıdurma kritik mərhələyə daxil olub. Bu səbəbdən yaxın günlər və hətta saatlar belə beynəlxalq təhlükəsizlik baxımından müəyyənedici ola bilər”.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/israilli-politoloq-absiran-qarsidurmasi-artiq-qacilmaz-herbi-ssenariye-dogru-gedir
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib