SON XƏBƏRLƏR
Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|Roma Papası İlham Əliyevi təbrik edib|Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir|İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib| Kobaxidze Bakı-Tbilisi-Ankara formatını strateji tərəfdaşlıq nümunəsi adlandırıb|İlham Əliyev: İtaliya Azərbaycanın yaxın dostu və etibarlı strateji tərəfdaşıdır|Tramp ABŞ-nin Azərbaycandakı səfiri vəzifəsinə namizəd irəli sürüb|Kaleb Orr: ABŞ təbii sərvətlərin hasili və ixracında Azərbaycanla əməkdaşlığı davam etdirmək istəyir|Azərbaycana deyilən Almaniyaya deyilsəydi... - Mertsin “meymun işi”|İlham Əliyev "Bakı Enerji Həftəsi"nin iştirakçılarına müraciət ünvanlayıb|İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılışında çıxış edib|
Cümə axşamı, 4 İyun 2026
The Daily Baku
The Daily Baku
Cümə axşamı, 4 İyun 2026
GündəmSiyasətDünyaBiznesTexnoAvtoCəmiyyətTəhsilSəyahətİdmanMultimedia
The Daily Baku
  1. Ana səhifə
  2. Siyasət
  3. İsrailli politoloq : 2025-ci il qlobal balansların dəyişdiyi il oldu
Siyasət

İsrailli politoloq : 2025-ci il qlobal balansların dəyişdiyi il oldu

29 dekabr 2025
10:22
İsrailli politoloq : 2025-ci il qlobal balansların dəyişdiyi il oldu
2025-ci il qlobal miqyasda ciddi geosiyasi və iqtisadi silkələnmələrlə yadda qaldı. İqtisadi müharibələr, sanksiyalar, bazarlar uğrunda mübarizə və valyuta təsir dairələrinin dəyişməsi dünyanı yeni mərhələyə daşıdı. Bəzi ölkələr xammal və resurslar hesabına mövqelərini gücləndirsə də, digərləri münaqişələr, inflyasiya və nəqliyyat böhranları səbəbindən itkilərlə üzləşdi. Nəticədə dünya müxtəlif templərlə inkişaf edən, parçalanmış bir sistemə çevrildi.

Bu barədə israilli politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Yuri Boçarov "The Daily Baku" üçün açıqlamasında bildirib.

Onun sözlərinə görə,  2025-ci il qlobal iqtisadiyyatın yeni reallıqlara uyğunlaşma mərhələsi kimi tarixə düşəcək.

" 2024-cü ilin məlumatlarına görə, ABŞ-ın Avropa İttifaqı ilə ticarət balansında kəsir təxminən 235 milyard dollar, Çinlə ticarətdə isə təxminən 295 milyard dollar təşkil edib.  Avropa İttifaqının özünün Çinlə ticarətində təxminən 250 milyard dollarlıq kəsir yaranıb.

2025-ci ilin ilk 10 ayının nəticələrinə əsasən, ABŞ-ın Çinlə ticarət kəsiri 268 milyard dollara qədər azalsa da, Avropa İttifaqı Çin mallarının bir hissəsini “öz üzərinə götürərək” bu boşluğu doldurub və nəticədə Aİ-nin Çinlə ticarət kəsiri 210 milyard dollara yüksəlib. Beləliklə, Tramp administrasiyasının tətbiq etdiyi tariflər lokal səviyyədə müəyyən təsir göstərsə də, qlobal miqyasda sadəcə ticarət marşrutlarını dəyişib. Bu vəziyyət, sanki otaqdakı mebelləri yerini dəyişib “təmir bitdi” deməyə bənzəyir.

Başqa sözlə, ABŞ-dan çıxan maliyyə axınları əvvəlcə Avropaya, oradan isə Çinə yönəlib. Bu fon üzərində ABŞ administrasiyası faktiki olaraq “hamıya qarşı müharibə” elan edib ."

İsrailli politoloq bildirib ki, 2025-ci ilin aprelindən ABŞ administrasiyası onlarla yeni idxal rüsumu tətbiq edib: əksər mallara 10 faiz, ayrı-ayrı kateqoriyalara isə 25–50 faiz. May ayında isə Avropa İttifaqından idxala 50 faizlik rüsum təklif olunub. Bu addımlar qlobal miqyasda ticarət müharibəsini daha da dərinləşdirib.

"Nəticədə ABŞ-də inflyasiya 5,3 faizə yüksəlib, Avropa istehsalı olan avtomobillərin qiyməti 18–22 faiz bahalaşıb. Avropa şərab və pendir istehsalçıları ABŞ bazarının 40 faizini itirib, onların yerini Argentina və Avstraliya məhsulları tutub. Alman komponentlərindən asılı olan “Tesla” şirkəti isə Texasdakı istehsalını 15 faiz azaltmağa məcbur qalıb.

Avropa İttifaqında cavab rüsumları iPhone-un qiymətini 200 avro artırıb, yanacaq isə litr başına 0,15 avro bahalaşıb. Almaniya avtomobil sənayesi 7 milyard dollarlıq sifariş itirib, farmasevtika sektoru isə xərclərin 12 faiz artması ilə üzləşib,"-deyə politoloq vurğulayıb.

Y.Boçarov qeyd edib ki, Çin istehsalçıları rüsumlardan yayınmaq üçün zavodlarını Meksika və Vyetnama köçürməyə başlayıb. Yaponiya şirkətləri də ABŞ-dan Meksikaya yönəlib. "Logistika xərcləri 30 faiz artıb, Asiyadan Avropaya daşımalar 15–20 gün gecikib. Bu prosesin əsas qazananı Meksika olub: ölkənin ABŞ-a ixracı 35 faiz artıb.

Eyni zamanda BRİKS ölkələri öz maliyyə mexanizmlərini sürətləndirib, Çin isə Avropa bazarında payını iki dəfə artırıb. Nəticədə dünya faktiki olaraq üç böyük iqtisadi bloka bölünüb."

Enerji və xammal bazarlarına toxunan politoloq əlavə edib ki, OPEC+ 2025-ci ilin payızında hasilatı azaltmaqla neftin qiymətini 80 dolların üzərinə qaldırıb: " Bu, xüsusilə Asiya və Afrika ölkələrinə ağır zərbə vurub. Yaxın Şərqdə gərginlik neft bazarını dalğalandırsa da, ilin sonunda müəyyən sabitlik yaranıb. İnkişaf etməkdə olan ölkələrdə inflyasiya ikirəqəmli olaraq qalıb, Rusiya isə sərt monetar siyasət hesabına inflyasiyanı tək rəqəmli səviyyəyə endirib. ABŞ və  Aİ Rusiyaya qarşı sanksiyaları sərtləşdirib. Bu, enerji və texnologiya tədarükünə ciddi təsir göstərib. Çin isə yüksək texnologiyaların ixracına nəzarəti gücləndirib və investisiya coğrafiyasını genişləndirib. Dünya tədricən ticarət müharibələri və iqtisadi bloklaşma mərhələsinə qədəm qoyub."

Politoloq bildirib ki, Yaxın Şərqdə baş verən  münaqişələr logistik böhran yaradıb, Qırmızı dənizdə təhlükəsizlik problemləri daşımaları bahalaşdırıb: "Körfəz ölkələri isə yüksək enerji qiymətləri hesabına iqtisadi mövqelərini gücləndirib. İsrail, hərbi gərginliyə baxmayaraq, müdafiə sənayesi və texnologiya sahəsində ixracını artırıb. Afrika və Latın Amerikasında isə siyasi qeyri-sabitlik xammal bazarlarına təsir göstərib, qlobal tədarük zəncirlərində əlavə risklər yaradıb. 2025-ci il süni intellektin iqtisadiyyata tam inteqrasiyası ilə yadda qalıb. ABŞ və Çin arasında texnoloji yarış dərinləşib, bir çox sahədə insan əməyini alqoritmlər əvəz etməyə başlayıb. Rəqəmsal valyutalar genişlənib, dünya maliyyə sistemi parçalanaraq regional bloklara bölünüb."

Yuri Boçarovun fikrincə, 2025-ci ildə qlobal iqtisadi artım təxminən 3,1–3,2 faiz təşkil etsə də, bu rəqəm real vəziyyəti tam əks etdirmir. Bəzi ölkələr üçün bu il bərpa dövrü, digərləri üçün isə dərin böhran ili olub. Dünya iqtisadiyyatı artıq vahid sistem deyil, müxtəlif maraqların toqquşduğu çoxqütblü bir struktura çevrilib.

“Bu gün qlobal iqtisadiyyat rəqəmlərdən ibarət deyil – bu, siyasi qərarların, təhlükəsizlik strategiyalarının və insanların gündəlik həyat mübarizəsinin cəmidir. 2025-ci il bunu açıq şəkildə göstərdi”, – deyə israilli politoloq Yuri Boçarov vurğulayıb.

© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.

https://dailybaku.az/az/article/israilli-politoloq-2025-ci-il-qlobal-balanslarin-deyisdiyi-il-oldu
Paylaş:

Xəbər lenti

  • Roma Papası İlham Əliyevi təbrik edib
    Roma Papası İlham Əliyevi təbrik edib
  • SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
    SOCAR Azərbaycanda karbonun saxlanması üçün potensial sahələr axtarır
  • Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
    Denis Şmıqal: Kiyev Bakı ilə enerji sahəsində yeni layihələrə ümid edir
  • Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
    Niderland rəsmiləri Azərbaycanda əlaqəlilik və energetika sahəsində əməkdaşlığı müzakirə ediblər
  • Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib
    Tramp ABŞ tərəfindən Hörmüz blokadasının payızadək uzadıla biləcəyini bildirib