The Daily Baku
İsrailin Livana hücumu nəticəsində ölənlər və yaralananlar var
30 aprel 2026
15:54

İsrail Livanın cənubuna hücum edib, nəticədə ən azı doqquz nəfər həlak olub, yeddi nəfər yaralanıb.
"The Daily Baku" xəbər verir ki, bu barədə Livanın NNA milli informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, Cebçit şəhərinə hücum nəticəsində yaşayış evi dağılıb, üç nəfər ölüb, yeddi nəfər yaralanıb.
Tul şəhərində dörd nəfər həlak olub, altı nəfər yaralanıb. Həmçinin yaşayış evi zədələnib. Bundan başqa, Haruf şəhərində iki nəfər ölüb, hücum nəticəsində yaşayış evi dağıdılıb.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/israilin-livana-hucumu-neticesinde-olenler-ve-yaralananlar-var