The Daily Baku
İsraildə İranla müharibənin əvvəlindən zərərçəkənlərin sayı 7,5 minə yaxınlaşıb
9 aprel 2026
10:47

ABŞ və İsrailin İrana qarşı birgə hərbi əməliyyata başlamasından bəri İsraildə zərərçəkənlərin sayı 7451 nəfərə çatıb.
"The Daily Baku" "The Times of Israel"ə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin sosial şəbəkələrdəki məlumatında bildirilir.
Onlardan 118 nəfər hazırda xəstəxanalardadır. İki nəfərin vəziyyəti kritik, 13 nəfərin vəziyyəti ağır, 25 nəfərin vəziyyəti isə orta ağırdır. Xəsarət alanlar arasında mülki şəxslər də var.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/israilde-iranla-muharibenin-evvelinden-zerercekenlerin-sayi-75-mine-yaxinlasib