İsrail parlamentində erkən seçkilərə yol açan qərar qəbul edilib

Knesset (İsrail parlamenti) ilkin oxunuşda vaxtından əvvəl buraxılma haqqında qanun layihəsini təsdiqləyib.
"The Daily Baku" xəbər verir ki, İsrail parlamentinin mətbuat xidməti səsvermənin nəticələrini yayımlayıb.
“Knessetin 110 üzvü lehinə səs verib, heç bir əleyhdar və ya etiraz olmayıb. 25-ci çağırış Knessetin buraxılması ilə bağlı qanun layihəsinin ilkin oxunuşdan keçdiyini bəyan edirəm”, - parlamentin sədri Amir Oxana səsvermənin nəticələrini açıqlayarkən deyib.
Qanunun qüvvəyə minməsi üçün layihə parlament komitələrində təsdiqlənməli və Knessetin plenar iclasında üç oxunuşda qəbul edilməlidir. İsrail qanunvericiliyinə görə, növbəti parlament seçkiləri 2026-cı il oktyabrın 27-dən gec olmayaraq keçirilməlidir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.