The Daily Baku
İsrail ordusu Livanın cənubuna yeni zərbə endirdiyini bəyan edib
8 yanvar 2026
20:12

İsrail hərbçiləri Livanın cənubuna növbəti zərbə endiriblər.
"The Daily Baku"un məlumatına görə, bu barədə ordunun mətbuat xidməti açıqlama yayıb.
Məlumata əsasən, hücumun məqsədi "Hizbullah" təşkilatının silahlı dəstələrinin bir üzvünün zərərsizləşdirilməsi olub. Zərbə ərəb respublikasının cənubunda yerləşən Zayta kəndinin ətrafına endirilib.
İsrail ordusunun bəyanatında qeyd olunur ki, bu addımlar "Hizbullah"ın Livanın cənubunda atəşkəs razılaşmalarını davamlı şəkildə pozmasına cavab olaraq həyata keçirilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/israil-ordusu-livanin-cenubuna-yeni-zerbe-endirdiyini-beyan-edib