The Daily Baku
İsrail idmançıları XXV Qış Olimpiya Oyunlarında qarət olunublar
9 fevral 2026
12:31

İsrail idmançıları XXV Qış Olimpiya Oyunlarında qarət olunublar.
"The Dasily Baku" xəbər verir ki, sözügedən ölkənin təmsilçisi Adam Edelman sosial şəbəkə hesabında bobsley komandasının bu halla üzləşdiyini yazıb.
Onun sözlərinə görə, naməlum şəxslər otel otağında pasportları və 3000 dollar dəyərində əşyaları oğurlayıblar.
Qeyd edək ki, XXV Qış Olimpiya Oyunlarına fevralın 22-də yekun vurulacaq.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/israil-idmancilari-xxv-qis-olimpiya-oyunlarinda-qaret-olunublar