İsrail “Hizbullah”a qarşı hücumları dayandırmaq niyyətində deyil

İsrail Baş naziri Benyamin Netanyahu bildirib ki, İsrail İranla mümkün nizamlanşmanın bir hissəsi olaraq Livanda "Hizbullah"a qarşı düşmənçiliyi dayandırmağa razı olmayacaq.
"The Daily Baku"nun məlumatına görə, o, bu barədə "CBS News" telekanalına müsahibədə bildirib.
Mümkün razılaşma ilə bağlı suala cavab olaraq Netanyahu bildirib ki, İsrail "Hizbullah"a qarşı əməliyyatları dayandırmağa razı olmayacaq. Lakin o, İsrailin ABŞ Prezidenti Donald Trampın belə bir tələbini yerinə yetirib-yetirməyəcəyi ilə bağlı suala birbaşa cavab verməyib.
Baş nazir həmçinin İranın əhəmiyyətli dərəcədə zəifləməsinin və ya ölkədə hökumət dəyişikliyinin onun müttəfiqləri olan "Hizbullah", HƏMAS və "Ənsar Allah" hərəkatının husilərini zəiflədəcəyi fikrini bildirib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.