İsrail Hərbi Hava Qüvvələri İranın qərbindəki Sənəndəc hava limanında "Mi-17" helikopterini məhv edib.
"The Daily Baku" xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
"Çərşənbə gününə keçən gecə İsrail Hərbi Hava Qüvvələrinin təyyarəsi Müdafiə Ordusunun dəqiq kəşfiyyat məlumatları əsasında hərəkət edərək Sənəndəc hava limanında İranın "Mi-17" helikopterini aşkarlayaraq ona zərbə endirib", - bəyanatda bildirilir.
İddia olunur ki, zərbə İslam İnqilabı Keşikçiləri Korpusunun Hərbi Hava Qüvvələrinin hərbi potensialını zəiflətmək və İsrailin İranın qərbində hava üstünlüyünü möhkəmləndirmək məqsədilə endirilib.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/israil-aviasiyasi-iranda-mi-17ni-siradan-cixarib
