The Daily Baku
İsrael Kats: Xameneinin istənilən varisi qeyd-şərtsiz İsrailin hədəfinə çevriləcək
4 mart 2026
11:10

İsrailin müdafiə naziri İsrael Kats bəyan edib ki, İranın ali lideri Əli Xameneinin istənilən varisi "qeyd-şərtsiz hədəfə çevriləcək və öldürüləcək".
Bu barədə "The Daily Baku" İsrail KİV-ə istinadən xəbər verir.
"İranın İsrailin məhv edilməsi planını davam etdirmək, ABŞ-yə, azad dünyaya və regionun ölkələrinə qarşı təhdidlər yaratmaq üçün təyin etdiyi istənilən lider qeyd-şərtsiz hədəfə çevriləcək və öldürüləcək", - İ.Katsın bəyanatında bildirilib.
O həmçinin qeyd edib ki, İsrail rejimin potensialını zəiflətmək və onun devrilməsi üçün şərait yaratmaq məqsədilə ABŞ ilə birgə döyüş əməliyyatlarını davam etdirmək niyyətindədir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
https://dailybaku.az/az/article/israel-kats-xameneinin-istenilen-varisi-qeyd-sertsiz-israilin-hedefine-cevrilecek