İsrailin müdafiə naziri İsrael Kats bu gün bildirmişdir ki, İranın Təhlükəsizlik Şurasının katibi Əli Laricani İsrailin bu gecə saatlarında etdiyi hücumda öldürülmüşdür. Laricani ilə birlikdə "Bəsic" yarımhərbi polis qüvvələrinin komandanı Qulamrza Süleymani də öldürülmüşdür.
İran tərəfindən hələlik bu xəbərlə bağlı reaksiya yoxdur. İxtisasca riyaziyyatçı və kompüter elmləri mühəndisi olan Laricani həm də filosof idi. Laricani uzun müddət İran rəhbərliyində təmsil olunmuş və sərt xətt tərəfdarı idi.
Əli Xameneinin öldürülməsindən sonra ölkəyə siyasi rəhbərliyi faktiki olaraq onun həyata keçirildiyi bildirilirdi.
Laricaninin öldürülməsindən sonra ölkədə əsas siyasi fiqur kimi prezident Pezeşkian önə çıxır. Lakin, ölkədə real hakimiyyət İnqilib Keşikçiləri Korpusunda (SEPAH) qalmaqda davam edir.
© 2026 The Daily Baku. Bütün hüquqlar qorunur.
